Bakıda motosiklet avtomobilə çırpılıb

Bakıda motosiklet avtomobilə çırpılıb
# 27 mart 2020 23:47 (UTC +04:00)

Bakının Sabunçu rayonu, Böyük Şor şosesində avtoqəza baş verib.

APA xəbər verir ki, Bakı Olimpiya Stadionunun qarşısında 1992-ci il təvəllüdlü Nəcəfli Ülvi Cavanşir oğlu idarə etdiyi motosikletlə "Mercedes" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində Ü.Nəcəfli xəsarət alıb, onun ayağı sınıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu polisi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR