Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

Bakıda motosiklet avtomobilə çırpılıb, xəsarət alan var - FOTO
# 13 aprel 2021 23:14 (UTC +04:00)

Bakının Nərimanov rayonunda motosiklet avtomobilə çırpılıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qəza baş verib.

2003-cü il təvəllüdlü Piriyev Sadiq İlqar oğlunun idarə etdiyi motosiklet Üzeyir Cavadovun idarəetməsində olan "Saipa" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə S.Piriyev xəstəxanaya çatdırılıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Ü.Cavadov APA-ya bildirib ki, ona məxsus avtomobil nazas olduğundan xəbardarlıq işığını yandıraraq yol kənarında saxlayıb. Əyləcində problem olan motosiklet isə avtomobilə çırpılıb.

Hadisənin qeydə alındığı tuneldə metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR