Bakıda motosiklet hərəkətsiz dayanan avtomobilə çırpılıb, xəsarət alan var

Bakıda motosiklet hərəkətsiz dayanan avtomobilə çırpılıb, xəsarət alan var
# 03 fevral 2020 23:25 (UTC +04:00)

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Babək prospektində “Nissan” avtosalonunun qarşısında qeydə alınıb.

1991-ci il təvəllüdlü Ağayev İlham Rafiq oğlu idarə etdiyi motosikletlə yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb. İ.Ağayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR