Bakıda motosikletçini mikroavtobus vurub

Bakıda motosikletçini mikroavtobus vurub
# 24 avqust 2020 23:00 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun "Əhmədli" stansiyasının yaxınlığında qeydə alınıb.

21 yaşlı Fərəcov Orxan Nəriman oğlu idarə etdiyi motosikletlə yol hərəkəti qaydalarına zidd olaraq "Dönmək qadağandır" nişanının tələbini pozub. Bu zaman onu "Mercedes" markalı mikroavtobus vurub. Qəza nəticəsində motosikletin sürücüsü O.Fərəcov ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR