Bakıda müğənni arvadını hoteldə qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda müğənni arvadını hoteldə qətlə yetirən şəxsin məhkəməsi başlayır
# 05 fevral 2021 09:16 (UTC +04:00)

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Murad Şamilovun barəsindəki cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, qətl ötən il paytaxtın Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən “Salt” hotelində baş verib.

Sentyabrın 3-də, gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib.

Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək törətdiyi əməli etiraf edib.

Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib.

Qətl hadisəsindən əvvəl Murad Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib.

Qadın onun təklifini qəbul edib. Onların görüşü faciə ilə bitib.

Bildirilib ki, qadın paytaxt restoranlarının birində müğənni kimi çıxış edirmiş. Onların iki azyaşlı övladı var.

İstintaq orqanı tərəfindən Murad Şamilovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR