Bakıda mühafizəçiyə çoxsaylı bıçaq zərbələri vurulub

Bakıda mühafizəçiyə çoxsaylı bıçaq zərbələri vurulub
# 20 fevral 2020 00:27 (UTC +04:00)

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Albalılıq yaşayış massivində mühafizəçi işləyən 1980-ci il təvəllüdlü Qayıbov Pənah Şükür oğlu tanımadığı şəxslərlə mübahisə edib.

Nəticədə o, bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarəti alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR