Bakıda ən çox yol qəzalarının baş verdiyi küçə və prospektlərin adları açıqlanıb

Bakıda ən çox yol qəzalarının baş verdiyi küçə və prospektlərin adları açıqlanıb
  • Clock-gray 09:54
  • calendar-gray 22 Yanvar 2021

Bakıda ötən il yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı küçə və prospektlərin adları açıqlanıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, ötən il ən çox yol qəzaları paytaxtın Ziya Bünyadov prospekti (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocahəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R. Rüstəmov küçəsi (7-4-8), Ağa Neymətulla (9-1-8), B. Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsində (4-0-4) qeydə alınıb. Həmin ünvanlarda baş verən 161 yol-nəqliyyat hadisəsində 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb. Bu qəzalar ümumi hadisələrin 35 faizini, ölənlərin 33.1, yaralananların isə 37.7 faizini təşkil edir.

Səlcuq Elçin

Digər xəbərlər