Abşeronda naməlum şəxs qadını bıçaqlayaraq hadisə yerindən qaçıb

Abşeronda naməlum şəxs qadını bıçaqlayaraq hadisə yerindən qaçıb
# 04 iyun 2020 23:20 (UTC +04:00)

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məmmədli qəsəbəsində qeydə alınıb.

Orta məktəb yaxınlığında naməlum kişi 1990-cı il təvəllüdlü Möhübbü Azər Zərnigar Adil qızına bir neçə bıçaq zərbəsi vuraraq ərazidən uzaqlaşıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR