Bakıda narkotacir saxlanılıb

Bakıda narkotacir saxlanılıb
# 26 mart 2020 10:11 (UTC +04:00)

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi və 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini M. Hüseynov saxlanılıb.

Onun üzərində aparılan axtarış zamanı ümumi çəkisi 2,171 qram marixuana və 3,572 qram metamfetamin aşkarlanıb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində M. Hüseynovun evində iki elektron tərəzi, ümumi çəkisi 5 kq-dan çox marixuana aşkarlanıb.

Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddəni saxlama, satma) maddəsi ilə cinayət işi açılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR