Bakıda narkotacirin evinin damından 6 kq narkotik götürülüb

Bakıda narkotacirin evinin damından 6 kq narkotik götürülüb
  • Clock-gray 09:25
  • calendar-gray 04 İyun 2020

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, Xəzər rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və Cinayət Axtarış Şöbəsi keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Türkan qəsəbəsində yaşayan, əvvəllər dəfələrlə məhkum olunmuş, 1962-ci il təvəllüdlü İ. Əliyevin həyətindəki əl damından 5 kq dan çox marixunana, dibçəklərdə əkilən 1 kq yaxın çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Digər xəbərlər