Bakıda narkotik alverçisi tutulub - FOTO

Bakıda narkotik alverçisi tutulub - FOTO
  • Clock-gray 13:04
  • calendar-gray 05 Mart 2021

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Nofəl Hüseynov saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Bölmə əməkdaşları tərəfindən saxlanılan şəxsin yaşadığı evə baxış zamanı əlavə olaraq gizlətdiyi 1 kiloqram 500 qram heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, Nofəl Hüseynov narkotik vasitələri satmaq məqsədi ilə şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən əldə edib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində 15-ci Polis Bölmsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib. N. Hüseynov tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

Səlcuq Elçin

Digər xəbərlər