Bakıda narkotiklə tutulan şəxsin kirayədə yaşadığı mənzildə silah-sursat aşkarlanıb

Bakıda narkotiklə tutulan şəxsin kirayədə yaşadığı mənzildə silah-sursat aşkarlanıb
# 09 yanvar 2021 13:06 (UTC +04:00)

Bakıda saxlanılan şəxsdən tapança və qumbara götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş H. Əliyevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun kirayədə yaşadığı mənzildə silah-sursat gizlətdiyi müəyyən edilib.

Həmin ünvanda keçirilən əməliyyat-axtarış tədbirləri ilə evdən nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd patron darağı və üzərində alışqanı olan RQD qumbarası aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR