Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb
  • Clock-gray 12:37
  • calendar-gray 06 Mart 2021

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A. Zeynalov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 36 qramdan artıq heroin, 30 qrama yaxın metamfetamin, 47 qramdan artıq marixuana, 10 ədəd metadon həbi, narkotik vasitənin satışından əldə olunmuş 125 manat pul aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 4 kiloqram 702 qramdan artıq heroin, 1 kiloqrama yaxın metamfetamin, 1 kiloqrama yaxın marixuana, 940 qram həşiş, 193 qramdan artıq tiryək, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə olunmuş 24.000 ABŞ dolları götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş A.Musayev və Bərdə rayon sakini M.Əliyev paytaxtın Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı M.Əliyevdə 955 qram heroin və 200 qram metamfetamin, A.Musayevdən isə 15 qrama yaxın metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlərlə A.Musayevin yaşadığı evə baxış zamanı oradan 630 qram tiryək və 1 ədəd elektron tərəzi götürülüb.

 

apa-logo-mini

Digər xəbərlər