Bakıda ofisdən 40 min manat oğurlanıb

Bakıda ofisdən 40 min manat oğurlanıb
# 13 dekabr 2019 12:52 (UTC +04:00)

Bakıda ofisdən və uşaq əyləncə mərkəzindən 40 min pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki ofislərin birindən 40 min manat və uşaq əyləncə mərkəzindən də pul oğurlamaqda şübhəli bilinən A.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR