Bakıda oğlanla qızın qucaqlaşmasına görə qətl törədən şəxsin məhkəməsi başlayır

Bakıda oğlanla qızın qucaqlaşmasına görə qətl törədən şəxsin məhkəməsi başlayır
  • Clock-gray 09:00
  • calendar-gray 10 İyul 2020

Bakıda qətl törətməkdə təqsirləndirilən Murad Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Əhmədovun icraatına verilib.

Qeyd edək ki,  hadisə ötən il oktyabrında paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 28 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Murad Tağıyev gecə 23 radələrində yol kənarında oğlanla qızın qucaqlaşmasına etiraz edib. Bu zaman yol ilə gedən, 1967-ci il təvəllüdlü Hamlet Novruzov M.Tağıyevə etiraz edib və onların arasında mübahisə düşüb. Mübahisə zəminində M. Tağıyev H.Novruzovu bıçaqlayaraq qətlə yetirib.

 

Səlcuq Elçin

Digər xəbərlər