Bakıda oğlunu və gəlinini baltalayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bakıda oğlunu və gəlinini baltalayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib
  • Clock-gray 09:55
  • calendar-gray 08 Dekabr 2020

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun barəsində həbs qətimkan tədbirinin seçilməsi bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın xəbərinə görə, Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Qərara əsasən, M. İsmayılovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, dekabrın 5-də Sabunçu rayonu ərazisində Rəşad İsmayılov və Cəmalə Babayevaya balta zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılmış araşdırmalarla Mehdi İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oğlu Rəşad İsmayılovu və gəlini Cəmalə Babayevanı balta zərbələri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Mehdi İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Səlcuq Elçin

Digər xəbərlər