Bakıda oğurladığı avtomobili yandıran şəxs saxlanılıb

Bakıda oğurladığı avtomobili yandıran şəxs saxlanılıb
  • Clock-gray 13:21
  • calendar-gray 12 Sentyabr 2020

Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində R.Mənsumova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Məmmədov saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.

Araşdırmalar zamanı onların avtomobilin hissələrini sökmələri və avtomobili yandırmaları müəyyən edilib.

Sail Ağasəlim

Digər xəbərlər