Bakıda ötən il baş verən avtobus qəzalarında 10 nəfər ölüb

Bakıda ötən il baş verən avtobus qəzalarında 10 nəfər ölüb
  • Clock-gray 10:00
  • calendar-gray 22 Yanvar 2021

Bakıda ötən il avtobus sürücülərinin iştirakı ilə 26 yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, nəticədə 10 nəfər ölüb, 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

V.Əsədov onu da bildirib ki, 2019-cu illə müqayisədə avtobus sürücülərinin iştirakı ilə baş vermiş qəzalarda 7 hadisə, 1 ölüm, 10 xəsarət sayı azalıb.

Səlcuq Elçin

Digər xəbərlər