Bakıda parkda yanğın söndürülüb - YENİLƏNİB

Bakıda parkda yanğın söndürülüb - YENİLƏNİB
# 06 avqust 2020 16:22 (UTC +04:00)

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda təqribən 1 ha ərazidə ağaclıq və quru ot yanıb.

Bu barədə APA-ya FHN-dən bildirilib.

Məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən saat 15:20-də söndürülüb

***

16)04

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclığın yanması barədə məlumat daxil olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR