Bakıda piyada keçidində qadını avtomobil vurub

Bakıda piyada keçidində qadını avtomobil vurub
# 16 fevral 2020 20:37 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1979-cu il təvəllüdlü Məmmədova Elza Əli qızı piyada keçidində hərəkətdə olan zaman onu "Mercedes" markalı avtomobil vurub.

Yaralı özəl klinikaların birinə yerləşdirilib. Xəsarət alan şəxsin yaxınları Sabunçu Rayon Polis İdarəsinə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR