Bakıda avtomobil qadını vurub

Bakıda avtomobil qadını vurub
# 13 dekabr 2019 22:40 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Tofiq Bəhrəmov adına stadionun yaxınlığında baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Niftullayeva İlknur İntiqam qızını minik avtomobili vurub.

Yaralı çox sayda sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR