Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 18 fevral 2020 22:19 (UTC +04:00)

Bakının Binəqədi rayonunda 25 yaşlı oğlanı avtomobil vurub.

APA xəbər verir ki, hadisə Xocasən qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Əlyar Həşimov yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona hər iki ayağının açıq sınığı və açıq kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR