Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 09 avqust 2020 01:00 (UTC +04:00)

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 73 yaşlı kişi ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında, Mikayıl Əliyev küçəsində qeydə alınıb.

1947-ci il təvəllüdlü Mirzəyev Mövsüməli Hüseyn oğlu yol kənarında dayanarkən onu minik avtomobili vurub. Yaralı çoxsaylı sınıq xəsarətləri ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR