Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 15 yanvar 2021 07:07 (UTC +04:00)

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Əliyev Sahibəli Teyyub oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR