Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 18 yanvar 2021 06:07 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Xəlilbəyli Rüfət Rauf oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR