Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub
# 18 aprel 2021 04:13 (UTC +04:00)

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa-Zabrat şosesində baş verib.

1969-cu il təvəllüdlü Əliyev İlqar Yadulla oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR