Bakıda piyadanı naməlum avtomobil vurub

Bakıda piyadanı naməlum avtomobil vurub
# 28 oktyabr 2020 03:58 (UTC +04:00)

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

Dənizkənarı küçəsi 48 ünvanında yol kənarı ilə hərəkət edən 1988-ci il təvəllüdlü Hüseynov Taleh Kamil oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü hadisə yerindən yayınıb. Piyada müxtəlif sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən nəqliyyat vasitəsinin və sürücünün axtarışlarına başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR