Bakıda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Bakıda piyadanı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb
# 19 aprel 2021 12:26 (UTC +04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi rayonunun Atatürk prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Hüseynov vurulub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsinin tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR