Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanı vurub hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır
# 17 yanvar 2020 10:22 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmaqda təqsirli bilinən Emin Əlpənahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə ötən il paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əşrəfzadə Elnur Rafiq oğlu paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi 1 saylı ünvanın qarşısında naməlum avtomobillə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Sürücü hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Əlpənahov Emin Allahverdi oğlu olduğu müəyyən edilib. Məlum olub ki, o hadisəni 99 MS 251 dövlət nömrə nişanlı "Runna" markalı avtomobillə törədib.

Ona Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma), 264-cü ( hadisə yerindən qaçma) maddələri ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR