Bakıda piyadanı vurub qaçan sürücü tutulub

Bakıda piyadanı vurub qaçan sürücü tutulub
# 20 fevral 2020 10:57 (UTC +04:00)

Bakıda maşın piyadanı vurub.

APA-nın məlumatına görə, fevralın 19-da saat 08:00 radələrində Nəsimi rayonu, 20 Yanvar küçəsində riyada keçidində naməlum avtomobil Bakı şəhər sakini V. Ələkbərovanı vuraraq hadisə yerindən qaçıb.

Xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Ələkbərovanı vuraraq hadisə yerindən qaçan 1990-cı il təvəllüdlü N. Cəfərov “Reno” markalı avtomobili ilə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR