Bakıda polietilen sexində yanğın olub, 1 nəfər xəsarət alıb

Bakıda polietilen sexində yanğın olub, 1 nəfər xəsarət alıb
# 27 yanvar 2021 11:25 (UTC +04:00)

Bakıda polietilen sexində yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə payraxtın Nərimanov rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 100 m² olan polietilen istehsalı sexində karton tullantıları 4 m² sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 4 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Sex və orada olan dəzgahlar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR