Bakıda polis maşını yük avtomobili ilə toqquşub, altı nəfər xəsarət alıb

Bakıda polis maşını yük avtomobili ilə toqquşub, altı nəfər xəsarət alıb
  • Clock-gray 11:03
  • calendar-gray 07 Aprel 2020

Sabunçu rayonunda yol qəzası baş verib.

APA-nın məlumatına görə, gecə saatlarında Zabrat qəsəbəsində Səid Armziyad qardaşı Süleyman Armziyadla əlbəyaxa dava edib.

Sabunçu Rayon Polis İdarəsinin hadisə yerinə gələn əməkdaşları hər iki şəxsi sərxoşluq testindən keçirmək üçün Post-Patrul Xidmətinin “Fiat” markalı avtomobili ilə müvafiq məntəqəyə apararkən qəza baş verib. 1985-ci il təvəllüdlü Daşqın Abbasovun idarə etdiyi “Fiat” “Veysəloğlu” MMC-yə məxsus “Mercedes” markalı yük avtomobilə çırpılıb. “Fiat” və yük avtomobili zərbənin təsirindən aşıb.

Nəticədə “Fiat”da olan D. Abbasov, polis əməkdaşı Bəhruz Qubadlı, S. Armziyad və qardaşı S. Armziyad ağır, “Mercedes markalı yük avtomobilindəki iki nəfər - 24 yaşlı Elməddin Cəlilli və Aydın Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan altı nəfərin hamısı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Nurlan Əli

Digər xəbərlər

Arxiv

date