Bakıda polis əməkdaşını və süpürgəçini maşın vurub, polis ölüb

Bakıda polis əməkdaşını və süpürgəçini maşın vurub, polis ölüb
# 03 fevral 2020 12:32 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə metronun "Koroğlu" stansiyası yaxınlığında qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "Toyota" markalı avtomobil idarəetməni itirərək yol kənarında xidmət aparan polis əməkdaşı Məhərrəmov Natiq Museyib oğlunu və yol süpürən qadını vurub.

N. Məhərrəmov aldığı xəsarətdən hadisə yerində ölüb. Süpürgəçi isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR