Bakıda polis əməliyyat keçirib, 3 nəfər tutulub

Bakıda polis əməliyyat keçirib, 3 nəfər tutulub
# 05 iyun 2020 10:17 (UTC +04:00)

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Aleksey Yeqorov saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı 1, 577 marixuana, 0,177 qram metamfetamin aşkar edilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, 1975-ci il təvəllüdlü Altay Sabirovdan 0,313 heroin aşkar edilib.

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Bölməsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş, 1984-cü il təvəllüdü Məmməd Rzayev saxlanılıb. Onun üzərindən 0, 824 qram heroin aşkar edilərək götürülüb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR