Bakıda polisə məxsus xidməti avtomobil qəzaya uğrayıb - FOTO

Bakıda polisə məxsus xidməti avtomobil qəzaya uğrayıb - FOTO
# 30 yanvar 2021 03:13 (UTC +04:00)

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mirzəağa Əliyev küçəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət etdiyi deyilən "Kia" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan "Kia" Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinə məxsus "FIAT" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində "Kia"da olan bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR