Bakıda qadın itkin düşüb

Bakıda qadın itkin düşüb
  • Clock-gray 22:03
  • calendar-gray 21 Yanvar 2021

Bakıda 45 yaşlı qadın 6 gündür itkin düşüb.

Bu barədə APA-ya qadının ailəsindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Ramana Südçülük qəsəbəsi, M.Ə. Sabir küçəsi ev 18-də yaşayan 1976-cı il təvəllüdlü Qubuşova Bahar Əli qızı yanvarın 15-də yaşadığı mənzildən çörək almaq adı ilə çıxaraq geri qayıtmayıb.

Qadının üzərində şəxsiyyət vəsiqəsi və 190 manatlıq yardım kartı olub.

Səlcuq Elçin

Digər xəbərlər