Bakıda qadın narkotacirdən 5 kq heroin götürülüb

Bakıda qadın narkotacirdən 5 kq heroin götürülüb
  • Clock-gray 13:17
  • calendar-gray 24 Dekabr 2020

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini P.Əliyeva saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 kiloqram heroin, 870 qram metamfetamin, Yasamal rayonunun Ə.Əhmədov küçəsindəki evindən isə 3 kiloqram 709 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Sail Ağasəlim

Digər xəbərlər