Bakıda qadın qaynı tərəfindən qətlə yetirilib

Bakıda qadın qaynı tərəfindən qətlə yetirilib
# 28 mart 2020 12:13 (UTC +04:00)

Bakıda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, martın 26-da Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan Laləzər Kərimlinin evində qətlə yetirilməsi barədə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq-əməliyyat tədbirləri ilə L.Kərimlinin qaynı, əvvəllər məhkum olunmuş S.Kərimov tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Kərimov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR