Bakıda kişi həyat yoldaşını dabankeşlə döyüb

Bakıda kişi həyat yoldaşını dabankeşlə döyüb
# 29 yanvar 2020 05:16 (UTC +04:00)

Bakının Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə 5-ci mikrorayon, Cavadxan küçəsində yerləşən mənzildə qeydə alınıb.

1972-ci il təvəllüdlü K.Quliyeva həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən dabankeşlə döyülüb. Başından açıq kəllə-beyin travması alan qadın 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR