Bakıda qadın sürücü piyadanı vuraraq öldürüb

Bakıda qadın sürücü piyadanı vuraraq öldürüb
  • Clock-gray 12:13
  • calendar-gray 23 Yanvar 2021

Bakı şəhərində avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Binəqədi rayonu ərazisində Bakı şəhər sakini A. Qəhrəmanova idarə etdiyi "Kia" markalı avtomobillə yolu keçən paytaxt sakini S. Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər