Bakıda qadın sürücü qəza törədib - FOTO - VİDEO

Bakıda qadın sürücü qəza törədib - FOTO - VİDEO
# 11 yanvar 2020 00:30 (UTC +04:00)

Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.

“KİA” markalı avtomobili idarə edən qadın sürücü əsas yola çıxarkən “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.

Hər iki sürücü sərxoşluğun yoxlanılması məntəqsinə aparılıb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR