Bakıda qadına qarşı 7 min manatlıq soyğunçuluq edən şəxs tutulub

Bakıda qadına qarşı 7 min manatlıq soyğunçuluq edən şəxs tutulub
# 03 aprel 2021 13:23 (UTC +04:00)

Bakıda soyğunçuluq edən İmişli rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən gün Bakı şəhər sakini A.Güvəndikova Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edib cari il yanvarın 7-də Binəqədi qəsəbəsində yaşadığı evdən 7000 manat dəyərində qızıl əşyalarının F.Fərəcli adlı tanışı tərəfindən soyğunçuluq yolu ilə aparılmasını bildirib.

Binəqədi polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini F.Fərəcli saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR