Bakıda qadına qarşı soyğunçuluq edən keçmiş məhkum saxlanılıb

Bakıda qadına qarşı soyğunçuluq edən keçmiş məhkum saxlanılıb
# 10 iyul 2020 09:26 (UTC +04:00)

Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

APA-nın məlumatına görə, iyunun 29-da Yasamal rayonu Ş. Mehdiyev küçəsində naməlum şəxs 1959-cu il təvəllüdlü qadının içərisində 290 manat əl çantasını soyğunçuluq yolu ilə talayıb qaçarkən Post Patrul Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Onun əvvəllər soyğunçuluğa görə məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Aslanov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR