Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub
# 30 noyabr 2019 00:42 (UTC +04:00)

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük yaşayış sahəsində baş verib.

1971-ci il təvəllüdlü Sevda Əliyevanı minik avtomobili vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR