Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub
# 27 oktyabr 2020 04:22 (UTC +04:00)

Paytaxtın Nizami rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə "8-ci km" bazarının qarşısında qeydə alınıb.

Hadisə 1975-ci il təvəllüdlü Abbasova Kəmalə Əzizağa qızı yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən baş verib.

Onu minik avtomobili vurub. K. Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR