Bakıda qadını avtomobil vurub

Bakıda qadını avtomobil vurub
# 14 fevral 2021 01:16 (UTC +04:00)

Bakının Xətai rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

1986-ci il təvəllüdlü Ramazanov Sevinc Əbdüləzim qızı piyada üçün müəyyən edilməyən hissədən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR