Bakıda qadını avtomobil vurub, vəziyyəti ağırdı

Bakıda qadını avtomobil vurub, vəziyyəti ağırdı
# 05 dekabr 2019 23:28 (UTC +04:00)

Bakının Xəzər rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1996-cı il təvəllüdlü Hüseynova Natəvan Namiq qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qabırğaların sınığı diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR