Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanılıb

Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanılıb
# 15 mart 2021 12:48 (UTC +04:00)

Bakıda qadını avtomobillə vurub qaçan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 12-də saat 15 radələrində Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini N.Dadaşova vurulub və piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini C.Cəfərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR