Bakıda qadını öldürən şəxs tutulub - RƏSMİ

Bakıda qadını öldürən şəxs tutulub - RƏSMİ
# 29 noyabr 2019 10:03 (UTC +04:00)

Bakıda qadını öldürən şəxs tutulub.

Binəqədi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri rəsmi münasibətdə olduğu, 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub. Sonuncu aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Hadisəni törədən S. Məmmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR