Bakıda qadının evinə basqın edən şəxs tutulub

Bakıda qadının evinə basqın edən şəxs tutulub
# 17 mart 2021 11:24 (UTC +04:00)

Bakıda qadının evinə basqın edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə müraciət edən martın 15-də Hövsan qəsəbəsi Bağlar yaşayış sahəsində yaşayan G.Mirzəyeva evinin həyətinə girmiş bir nəfərin onu bıçaqla hədələyib 800 manat dəyərində mobil telefonunu aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəbrayılov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR